İstanbula uçan təyyarədə həyəcan dolu anlar yaşandı

13 Aprel 2024 02:32 (UTC+04:00)

Türk Hava Yollarına məxsus təyyarə bomba təhlükəsi səbəbindən Buxarestdə məcburi eniş edib. SİA xəbər verir ki, hadisə TK1766 Varşava-İstanbul reysi zamanı baş verib. Ekipaj göyərtədə bomba olması ilə bağlı məlumat alıb.

Hava limanında təyyarə fövqəladə hallar briqadaları tərəfindən qarşılanıb və yoxlanılıb. Sərnişinlər hava limanının terminalına göndəriliblər.