Arauxo Barca üçün vacib oyunçudur...

13 Aprel 2024 02:31 (UTC+04:00)

"Barselona"nın baş məşqçisi Xavi Ernandes komandanın müdafiəçisi Ronald Arauxonun gələcəyi haqda danışıb. Onun dediyinə görə, "Barselona" Arauxonu saxlamalıdır, buna 100 faiz əminəm. O, Barca üçün vacib oyunçudur.

SİA-nın əldə etdiyi məlumata görə, jurnalist Fabrizio Romano Xavidən sitat gətirir: “O, bizim üçün həqiqətən vacibdir və onun başqa komandaya qoşulacağını düşünmürəm”.

Bu mövsüm 25 yaşlı uruqvaylı bütün turnirlərdə 32 matçda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, Arauxonun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Transfermarkt portalının məlumatına görə, müdafiəçinin dəyəri 70 milyon avrodur.

Əli Babayev