Sabiq rəhbər mənimsəmədə və rüşvət almaqda ittiham olunur

13 Aprel 2024 01:49 (UTC+04:00)

Çinin ən iri dövlət korporasiyalarından biri olan “China Everbright Group”un sabiq rəhbəri Tan Şuannin mənimsəmədə və rüşvət almaqda ittiham olunur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Nəzarət Komitəsinin Tan Şuannin haqqında apardığı təhqiqat başa çatandan sonra Tanşan şəhər prokurorluğu işi məhkəməyə təqdim edib. Sabiq rəhbər ölkənin mərkəzi bankı olan Çin Xalq Bankında müxtəlif vəzifələrdə çalışarkən qanunsuz yollarla külli miqdarda dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir. O, həmçinin mövqeyindən sui-istifadə edərək, vəzifədə yüksəliş və kredit almaq kimi məsələlərdə bəzi şəxslərə dəstək üçün böyük miqdarda pul və qiymətli əşyalar əldə etməkdə günahlandırılır. 2017-ci ildə təqaüdə çıxan Tan Şuannin ölkədə korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində cari ilin yanvarında həbs edilib. Həbsdən bir neçə gün əvvəl sabiq sədr Çin Kommunist Partiyasının sıralarından xaric edilib. Çin Kalliqraflar və Yazıçılar assosiasiyalarının üzvü olan 69 yaşlı Tan Şuannin müxtəlif illərdə Çin Xalq Bankında kreditlərin idarəedilməsi departamentinin, valyuta və qiymətli metallar bürosunun, nəzarət departamentinin rəhbəri, 2003-2007-ci illərdə Çin Bank Tənzimlənməsi Komitəsinin sədr müavini vəzifələrində çalışıb. 2007-ci ildə “China Everbright Group”un partiya katibi və sədri təyin olunub.

Tan Şuanninin xələfi Li Siaopen də 2022-ci ildə korrupsiya əməllərində şübhəli bilinərək həm vəzifəsindən azad edilib, həm də partiya sıralarından qovulub. Prokurorluq hazırda onun haqqında təhqiqat aparır.

“China Everbright Group” Çinin dövlətə məxsus iri çoxprofilli korporasiyalarından biri olmaqla yanaşı, dünyanın ən iri şirkətlərinin “Fortune Global 500” siyahısında 210-cu yerdədir. Onun bankçılıq, sığorta, qiymətli kağızlar, fyuçers, daşınmaz əmlak, aktivlərin idarəolunması, li