...Argentina prezidenti Xavyer Mayli ilə SpaceX və Tesla şirkətlərinin yaradıcısı, amerikalı iş adamı İlon Mask Texasda görüşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Argentina liderinin mətbuat katibi Manuel Adorni X sosial şəbəkəsində xəbər verib.
Səfər çərçivəsində prezident Tesla-nın Texas ştatının Ostin şəhərindəki sənaye zavoduna baş çəkib. Miley Braziliyada X-ə qarşı davada Mask-a əməkdaşlıq təklif edib.
Bundan əlavə, siyasətçi və iş adamı bazar iqtisadiyyatı, liberal sahibkarlıq və azadlıq ideyalarına sadiqliklərini təsdiqləyiblər.
Xatırladaq ki, Braziliyanın Ali Federal Məhkəməsi Elon Maskın Braziliya hakimiyyətinin tələbi ilə X-dəki bəzi hesabları silməkdən imtina etməsi səbəbindən ona qarşı istintaqa başlayıb.
Əli Babayev