Bu arada Rusiyada yeni "xarici agentlər" peyda olublar...

13 Aprel 2024 01:17 (UTC+04:00)

...Deməli, Rusiya Ədliyyə Nazirliyi jurnalist Asya Kazantseva və BBC-nin Rus Xidmətinin müxbiri İlya Barabanovu xarici agentlərin reyestrinə daxil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq xəbər idarənin rəsmi saytında yer alıb.

...Və bundan əlavə, bu gün xarici agentlərin siyahısına jurnalist İvan Filippov, hüquq müdafiəçisi və publisist İvan Astaşin, “Yabloko” partiyasından olan Pskov bələdiyyəsinin deputatı Nikolay Kuzmin və jurnalist Andrey Karaulovun hüquqi şəxsi də xarici agentlərin reyestrinə daxil ediliblər.

...Ədliyyə Nazirliyinin izahatlarında qeyd olunur ki, reyestrdə yer alan şəxslərin hamısı Ukrayna ərazisində hərbi əməliyyatlara qarşı çıxıb, həmçinin hakimiyyətə qarşı mənfi fikirlər səsləndiriblər.

Əli Babayev