İngilislər Kiyevə “sərçəni gözündən vura bilən” silah verəcəklər..?

13 Aprel 2024 00:45 (UTC+04:00)

Deyəsən, bunlar dünyanın axırını gətirəcəklər....

...Deməli, Böyük Britaniya hava hücumundan müdafiə üçün ən son prototip lazer silahı olan “DragonFire”ni Ukraynaya ötürmək istəyir...?

SİA-nın əldə etdiyi məlumata görə, “The Telegraph” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

O qeyd edib ki, bu silahların yerləşdirilməsi müdafiə sektoru üçün prioritetdir.

2027-ci ilə qədər bu silahların hazırlanması və yerləşdirilməsinin sürətləndirilməsi planlaşdırılır. .

...Mən adətən çox uzun, bəlkə də 10 ilə qədər vaxt aparan prosesi daha qısa müddətə sürətləndirmək və onu bəlkə də gəmilərdə və bəlkə də quruda yerləşdirmək istəyirəm.

İngilis nazir deyib bunu.

...Belə ki, cümə axşamı günü “DragonFire” laboratoriyasına səfəri zamanı müdafiə naziri bir kilometr məsafədən “sərçəni gözündən vura bilən” silahın böyük nəticələrə səbəb ola biləcəyini bəyan edib.

Ağasəf Babayev