Zelenski fərarilərin amnistiyasına qarşı çıxıb...

13 Aprel 2024 00:34 (UTC+04:00)

...Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin sıralarından fərarilər üçün ümumi amnistiyaya qarşı çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Strana.ua” nəşri sitat gətirir.

...Şəxs hansı səbəbdən məkanı tərk edib, bunun nəticəsində nə baş verib? Hər situasiya fərqlidir, hamını ümumiləşdirmək olmaz

Bunu deyən Zelenski, qeyri-bərabər sonluqlarla nəticələnən müxtəlif vəziyyətlərdən misallar çəkib. Birinci halda, məsələn, hərbçi komandirlə qarşılıqlı anlaşma olmadığına görə bir briqadadan digərinə keçmək istəyib və xidmət yerini tərk edib. Zelenski vurğulayıb ki, bu baş verir, bunda ciddi cinayət yoxdur.

Bununla belə, briqadanın bütövlükdə dislokasiya yerini tərk etməsi halları var. Belə olan halda, uzun cəbhə xəttində digər döyüşçülər də mühasirəyə alına bilərdi.

Prezident qeyd edib ki, bu halda məsuliyyət bölməni, məsələn, hədə-qorxu və ya təzyiq yolu ilə geri çəkilməyə məcbur edənin üzərinə düşür.

Məsələ vəzifələrdən faktiki geri çəkilməkdə deyil, daha çox, sonrakı qurbanlardadır, ona görə də hamıya ümumi amnistiya vermək mümkün deyil.

Bunları Zelenski bildirib.

...Və yeri gəlmiuşkən xatırladaq ki, dekabrın ortalarında Ukrayna Ali Radası bir sıra hərbi intizamın pozulmasına görə məsuliyyətin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Əli Babayev