Yol qəzasında yaralanan şəxs xilas edilərək təcili yardıma təhvil verilib

12 Aprel 2024 22:45 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2107” markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sü