Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var

12 Aprel 2024 22:25 (UTC+04:00)

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.