Premyer Liqa: XXX turun açılış oyununda qalib müəyyənləşməyib

12 Aprel 2024 21:24 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçında "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran paytaxt klubu 2-ci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 44 xalla 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.