Altı yaşlı uşaq və atası Kürdə batıb

12 Aprel 2024 20:49 (UTC+04:00)

Zərdabda ata və qızı Kürdə boğulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Zərdabın Qoruqbağı kənd sakini Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar.

Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Bu səbəbdən də ata və qızı suda boğulublar. Hadisə ilə bağlı rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.

Hazırda ata və qızının axtarışları davam etdirilir.