Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

12 Aprel 2024 19:56 (UTC+04:00)

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.