Zavod ərazisində yanğın olub

12 Aprel 2024 18:16 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən, hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 kvadratmetr sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.