"Fənərbağça"ya şok xəbər!

12 Aprel 2024 17:10 (UTC+04:00)

Oosterwolde-dən "Fənərbağça"ya pis xəbər gəldi. SİA xarici mətbuata istinadən xəbər verir ki, sarı-göylü komanda, müvəffəqiyyətli oyunçunun menisküsündə yırtıq aşkarlandığını açıqlayıb.

"Fənərbağça"nın açıqlaması belədir:

Avropa Konfrans Liqasının 1/4 finalının ilk oyununda zədələnən oyunçu Jayden Oostervolde olub.

Altunizadə xəstəxanasında MRT çəkilişi aparılıb. Müayinələr çərçivəsində menisk yırtığı diaqnozu qoyulan futbolçumuz üçün müalicə proqramı planlaşdırılıb.

Uğurlu futbolçunun ən azı 2 ay meydanlardan uzaq qalması gözlənilir... Beləliklə, Oostervolde bu mövsümü bağlayıb.