Moskvada sinaqoqda terror aktının qarşısı alınıb

12 Aprel 2024 17:08 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.
FSB-nin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir: “FSB Rusiyanın paytaxtı Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb. Terror aktına cəhd edən çəxs zərərsizləşdirilib''.
Xatırladaq ki, martın 22-də paytaxt Moskvadakı "Crocus City Hall" konsert zalında silahlı şəxslərin törətdiyi terror aktı Rusiyanı sarsıdıb.
Terror aktı nəticəsində 144 nəfərin həyatını itirdiyi bildirilib. Hücumla bağlı 11 nəfər saxlanılıb.