Almaniya Yaxın Şərqdəki aktorlara çağırış etdi

12 Aprel 2024 15:16 (UTC+04:00)

Almaniya Yaxın Şərqdəki bütün aktorları məsuliyyətli və təmkinli olmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda deyilir: "Heç kəs regionda gərginliyin daha da artması mövzusunda maraqlı deyil. Biz regionun bütün aktorlarını məsuliyyətli və təmkinli olmağa çağırırıq".