Azərbaycan "Russia Halal Expo 2024” sərgisində təmsil olunacaq

12 Aprel 2024 14:44 (UTC+04:00)

Azərbaycan mayın 15-17-də Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçiriləcək "Russia Halal Expo 2024” sərgisində təmsil olunacaq. Bu barədə SİA-ya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, qurumun və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş etdiriləcək.