Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

12 Aprel 2024 10:45 (UTC+04:00)

Dünya Bankının proqnozlarına görə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3%, 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 4% təşkil edəcək. SİA xəbər verir ki, bu barədə Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

“Daxili tələbatın mülayim artımı və qlobal ərzaq qiymətlərinin sabitləşməsi nəticəsində orta illik inflyasiyanın aşağı səviyyədə qalacağı, ortamüddətli perspektivdə 2,2% səviyyəsində olacağı proqnozlaşdırılır”, - hesabatda bildirilir.