Xankəndidə mənzildən narkotik aşkarlanıb

12 Aprel 2024 10:32 (UTC+04:00)

Xankəndi şəhərində yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də şəhərdən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.