Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

12 Aprel 2024 10:16 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,70 ABŞ dolları və ya 0,76% artaraq 92.96 dollar təşkil edib.