Şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavəndə səfəri başlayıb

12 Aprel 2024 09:34 (UTC+04:00)

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb. SİA xəbər verir ki, onlar kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gediblər.

Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.