“Hər mahnıda həyat var”

9 Aprel 2024 22:07 (UTC+04:00)

Aprelin 9-da Şəki Dövlət Dram Teatrında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş “Hər mahnıda həyat var” adlı konsert proqramı təqdim olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Şəki şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Səadət”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım, elə yandım” və digər sevilən mahnıları səsləndirilib.