...“JetStar Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxarkən avstraliyalı kərəkənlər sürüsü ilə toqquşub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Aviaincident Telegram kanalı yayıb.
Hadisənin Avstraliyanın Qold Sahil şəhərində baş verdiyi bildirilir.
Maraqlıdır ki, quşların zərbəsinə baxmayaraq, ekipaj uçuşu davam etdirmək qərarına gəlib.
...Və Sidneydəki təyinat hava limanına eniş uğurlu olub.
...Daha əvvəl məlum olub ki, göyərtəsində 83 sərnişin olan Rusiyanın Sukhoi Superjet 100 təyyarəsinin mühərrikinə qağayı girib.
Hadisə təxminən üç kilometr yüksəklikdə baş verib.
Nazlı