...Deməli, 2022-ci ildə "Nutrients" jurnalında dərc edilən bir araşdırma, pendir istehlak edən insanların ürək xəstəliyi riskinin daha az olduğunu təsbit etdi.
Bununla belə, həkimin sözlərinə görə, pəhrizin bir hissəsi kimi pendir yeməklə bağlı xəbərdarlıqlar var.
Xüsusən də ən az doymuş yağ və natrium olan pendiri seçməli və onu normada yeməlisiniz.
...Bu, yaxşı zülal və kalsium mənbəyidir. Bağırsaq sağlamlığı və toxunulmazlığı üçün faydalı olan probiotikləri ehtiva edir. Təzə mozzarella digər pendirlərə nisbətən doymuş yağ və natriumda daha azdır.
SİA xatırladır ki, klassik mozzarella (italyan mənşəli gənc pendir-A.B.) qara camış südündən hazırlanır, lakin inək südündən hazırlanan mozzarella da demək olar ki, həmişə satışda olur. Bu pendir çox “qalmadığı” üçün duzlu suda isladılmış ağ toplar şəklində satılır. Həm də adi pendir kimi sərt ola bilər və isti yeməklər üçün də istifadə olunur.
Sonda həkim məsləhətinə görə, yüksək emal olunmuş və sənaye pendirlərindən çəkinmək lazımdır.
Nazlı