Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır

7 Aprel 2024 09:27 (UTC+04:00)

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.