Kababla içmək üçün ən münasib içkilər...

6 Aprel 2024 23:14 (UTC+04:00)

...Odda qızardılmış yağlı ət, kabab və təbii ki, spirtli içki ilə...insanda infarkt və ya insultə yol aça bilər. Yəni həmən an, insan bu sadalananlardan birini keçirə də bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı narkoloq Vitali Holdin deyir.

Onun dediyinə görə, ətli spirt ürəyə, mədəaltı vəziyə və qaraciyərə də stress yaradır.

Sağlamlığın pisləşməsi hətta ürək xəstəliyindən və ya qan təzyiqinin yüksəlməsindən şikayətlənməmiş sağlam insanlarda da mümkündür.

Bununla bağlı Holdin piknikin bədən üçün təhlükəsiz olmasına dair məsləhətlər verir.

Belə ki, piknik üçün pəhrizli ət növlərini seçməli və yemək üçün mümkün qədər çox təzə tərəvəz götürməlisiniz. Alkoqolu isə şirələr və ya meyvə içkiləri ilə əvəz etmək yaxşıdır.

Dadlı və təhlükəsiz.

Daha bunun nəyi piknik oldu?

Nazlı