Məşhur müğənni gözəllik yarışmasında ikinci olub

6 Aprel 2024 14:16 (UTC+04:00)

Türk müğənni Demet Akalın arxiv görüntüsünü paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 1990-cı ildə qatıldığı "Miss Globe" gözəllik yarışmasında 2-ci olub.

"Bəzən neçənci olduğunun bir önəmi olmur",- deyə Demet Akalın bildirib.

Türkiyə gözəli seçildikdən sonra bir çox serial və filmlərdə rol alan Gülay Pınarbaşı indi ekranlardan uzaq bir həyat yaşayır.

1996-cı ildə "Sebebim" adlı ilk studiya albomunu çıxaran Demet Akalın ise “Affedersin”, “Bebek”, “Türkan”, “Evli, Mutlu, Çocuklu” və “Çanta” kimi hit mahnıları ilə musiqi dünyasında iz qoyub.

Ləman Sərraf