Aktiv vergi ödəyicilərinin sayı 768 mini keçib

5 Aprel 2024 14:23 (UTC+04:00)

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 % çox - 768,1 min olub. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,9 % artaraq 47,5min təşkil edib.

3 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,2 % artaraq 205 minə çatıb.