“Bugünkü gündə Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına daha çox ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur, hansı ki, həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin. Ümumiyyətlə təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır. Düşünürəm ki, biz bu universiteti yaradarkən qardaş ölkə ilə universitet yaradılması xatirinə olmamalıdır. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə Azərbaycan Texniki universiteti olsun”,- deyə deputat əlavə edib.