Vaxtınız az olsa belə, itinizin gəzməsini qadağan etməməlisiniz

4 Aprel 2024 23:05 (UTC+04:00)

...Çox güman ki, gəzintiyə çıxardığınız itinizin yolundakı hər şeyi iyləməsi səbəbindən vaxt itkisinə yol vermiş olmusunuz.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, araşdırmalar göstərir ki, itinizin qarşısına çıxan hər şeyi iylənməsinə icazə verməyin vacibdir. İt mütəxəssisləri hətta iyləmənin itlər üçün sosial media forması olduğunu irəli sürdülər.

Ümumilikdə itlərin burnunda 100 milyondan çox, insanlarda isə cəmi 6 milyon duyğu reseptoru var. Bundan əlavə, itin beyninin qoxuları təhlil edən hissəsi insan beyninin müqayisə edilən hissəsindən təxminən 40 dəfə böyükdür.

...İyləmənin itlər üçün faydalı duyğu təcrübəsi olduğu, onları zehni stimullaşdırdığı qeyd edilir. Beləliklə, itlər ətrafdakıları öyrənir, digər itləri tanıyır, öyrənir və “qərarlar qəbul edir”.

Bir çox it qaçmaqdan və ya oynamaqdan stimul alır. Ancaq fiziki fəaliyyətin azaldığı yaşlı itlər üçün iyləmə hərəkəti zehni çox stimullaşdırır və onların sağlam və aktiv qalmasına kömək edir.

Qeyd edilir ki, iyləmək itinizin psixi sağlamlığına da fayda verə bilər. Bu, onların daha optimist hiss etməsinə səbəb ola və stres hormonu kortizol səviyyəsini azalda bilər.

Nazlı