İsrail Dəməşqə raket hücumu ilə bağlı ABŞ-ı xəbərdar etməyib

3 Aprel 2024 04:17 (UTC+04:00)

İsrail Dəməşqdəki İran konsulluğuna raket hücumu barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib.

SİA xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Sinq, həmçinin bildirib ki, ABŞ Dəməşqdə bu zərbəni həyata keçirməyib.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket zərbəsi endirib, nəticədə azı 6 nəfər həlak olub.