Miqrantlar Belarus-Polşa sərhədinə hücum ediblər

2 Aprel 2024 23:42 (UTC+04:00)

...Belarus-Polşa sərhədində Pasxa bayramı günlərində Belarusdan Polşa ərazisinə qanunsuz keçmək cəhdlərinin sayı kəskin artıb.

Polşa Sərhəd Xidmətinin məlumatına görə, martın 29-dan aprelin 1-dək Belarus-Polşa sərhədində 736 qanunsuz keçid cəhdi qeydə alınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu əvvəlki günlərdə qeydə alınandan iki dəfə çoxdur.

Məsələn, martın 27-28-də sərhədi keçməyə 356 cəhd, 25-26 martda isə 243 cəhd qeydə alınıb.

Ümumilikdə, ötən həftəsonu Belarusdan Polşa ərazisinə qanunsuz daxil olmağa 444 cəhd edilib.

Yeri gəlmişkən, bu arada Polşa Sərhəd Xidməti miqrantların özlərini aqressiv aparmasını, sərhədçilərə müxtəlif əşyalar atmasını əks etdirən video da yayımlayıblar.

Nazlı