Bakıda Yunanıstanın Milli Günü qeyd edilir

2 Aprel 2024 19:52 (UTC+04:00)

Bakıda Yunanıstanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir. SİA xəbər verir ki, tədbirdə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias, fəxri qonaq qismində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edir.

Tədbirin rəsmi hissəsinin açılışında simfonik orkestrın müşayiətində Azərbaycan və Yunanıstanın dövlət himnləri səsləndirilib.