Andrey Lunyon karyerasının ən çətin dövrünü açıqlayıb

2 Aprel 2024 15:49 (UTC+04:00)

"Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov karyerasının çətin dövründən danışıb. SİA xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Sport-express" nəşrinə açıqlamasında bildirib.

"Buna Lunyovun dirçəlişi deyə bilmirəm. Çünki külə çevrilməmişdim. "Bayer 04"də çıxış edəndə zədə problemi yaşadım. Rəqib güclü olanda klub ona daha çox inanır. Sonra "Qarabağ"da çıxış etmək variantı oldu. Burada oynamağa çalışıram", - deyə oyunçu söyləyib.

Qeyd edək ki, Andrey Lunyov cari mövsüm "Qarabağ"la Azərbaycan çempionu olub. O, 26 matçda 35 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.