Krımdan olan astronom, ilk ulduzlararası kometin kəşfçisi Gennadi Borisov bazar günü, martın 31-də Moskva vaxtı ilə saat 19:00 radələrində Yer kürəsinin yaxınlığında uçan yeni asteroid kəşf edib. Səma cismi Yerdən cəmi 28-30 min kilometr məsafədə uçub.
...Bu səhər mən bu yeni obyekti kəşf etdim, müşahidələrimi Kiçik Planet Mərkəzinə göndərdim və müşahidələrim Yerə yaxın asteroidin təsdiqi səhifəsində yerləşdirildi. Məlum oldu ki, asteroid kiçikdir - təxminən iki-üç metr, lakin kifayət qədər yaxından, hətta geostasionar peyk regionun daxilində uçur.
SİA-nın əldə etdiyi məlumata görə, astronom bunu RİA Novosti-yə bildirib.
Alim qeyd edib ki, Yerin cazibə qüvvəsi asteroidin orbitini mütləq dəyişəcək. Nəzəri cəhətdən asteroid geostasionar peyklərə, o cümlədən peyk televiziyasını dəstəkləyənlərə zərər verə bilər.
2019-cu ildə Gennadi Borisov ilk ulduzlararası kometi kəşf etmişdi. Sonrada həmən komet 2I/Borisov adını aldı. Astronom bir neçə başqa komet və asteroid də kəşf edib.
Nazlı