Məktəblilərimiz olimpiadada uğur qazanıblar

1 Aprel 2024 16:59 (UTC+04:00)

Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar. Təhsil İnstitutundan SİA-ya bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal əldə ediblər. Sübhan Muxtarlı olimpiadanın ən gənc iştirakçısı və ən gənc medalçısı olub.

Olimpiadada 13 ölkədən 134 məktəbli iştirak edib.