İbrahim Tatlıses 5-ci dəfə evlənir

1 Aprel 2024 16:27 (UTC+04:00)

Türkiyənin “İmperator” ləqəbli müğənnisi İbrahim Tatlıses evlənmək qərarı alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı o, özü paylaşım edib. 72 yaşlı sənətçi bildirib ki, seçkilərdə uduzduğu üçün növbəti dəfə ailə qurmaq istəyir: “Seçkidə uduzdum və evlənirəm. Bütün subaylara salam olsun”.

Xatırladaq ki, ifaçı bu günə qədər 4 dəfə ailəli olub.