Müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb

1 Aprel 2024 09:42 (UTC+04:00)

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.