...Yüzilliklərin pəhrizində çoxlu vacib və sağlam qidalar var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu dəfə bununla bağlı hər hansı bir həkim yox, aşpaz qadın Tamara Moseva danışacaq.
Deməli, mütəxəssis, sümüklərin və ürəyin sağlam olmasına kömək edən K vitamini və fol turşusu olan ispanaq, kələm və brokolidin adını çəkir.
Siyahıda hüceyrələri zədələnmədən qoruyan antosiyaninlərlə zəngin olan qara qarağat, gavalı və albalı da var.
Noxud, lobya, mərcimək yeməyə də dəyər - bunlar zülal, dəmir, kalsium, sink və lif mənbələridir.
Aşpazın sözlərinə görə, qoz-fındıq, avokado, qırmızı balıq və zeytun yağında olan doymamış yağ turşularını da unutmaq olmaz.
...Mütəxəssis çoxlu miqdarda yağlı süd məhsulları, qızardılmış qidalar, fast food və tərkibində trans yağlar olan işlənmiş qidaları yeməməyi tövsiyə edir.
O, həmçinin maddələr mübadiləsini sürətləndirmək və vaxtından əvvəl qocalmanın qarşısını almaq üçün kifayət qədər su içməyin vacib olduğunu deyir.
Moseva xəbərdarlıq edib ki, qida maddələrinin çatışmazlığı immunitetin zəifləməsinə, anemiyaya, artrit və osteoporoza səbəb ola bilər. Qeyri-kafi qidalanma isə maddələr mübadiləsini pozur, beyin funksiyalarına təsir edir və insult riskini artırır.
Nazlı