Səmra Rəhimlidən evlilik açıqlaması

30 Mart 2024 08:45 (UTC+04:00)

Müğənni Səmra Rəhimli evliliklə bağlı sualları cavablandırıb. SİA xəbər verir ki, "El canlı" axşam şousuna qonaq olan Səmra açıq-saçıq geyimlərindən danışıpb.

O, "Qayınana ilə b elə açıq geyinib harasa gedə bilrsən?" sualına özünəməxsus cavab verib: "Açıq geyinməyi sevirəm. Amma nə zaman qayınanam olsa, geyim barədə o zaman düşünərəm. Hələ ki, zamanı var. Mənim ürəyim haçan istəsə, onda ailə quracam. Hələ ki, qapımızı ancaq papaq atmaq üçün döyürlər, telefonumuzu da tədbirlər üçün narahat edirlər. Evlilik məsələləri yoxdur".