Müğənni Vəfa Şərifova Gəncədə konsert verəcək. SİA xəbər verir ki, bu haqda müğənni özü məlumat verib. Musiqili gecə 9 may tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
O, sosial media hesabında "Əziz gəncəlilər, hər birinizi möhtəşəm konsertimizə dəvət edirəm" sözlərini yazaraq pərəstişkarlarını özəl gecəsinə dəvət edib.