Sobçak Puqaçovanın xarici agent kimi tanınmasına qarşıdır...

29 Mart 2024 21:27 (UTC+04:00)

...Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması böyük səhv olardı, jurnalist və teleaparıcı Kseniya Sobçak deyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, öz Telegram kanalında sənətçinin xarici agentlərin reyestrinə daxil edilməsi ilə bağlı fikirlərini bölüşüb.

...Düşünürəm ki, Puqaçova xarici agent kimi tanınmayacaq - bu, çox böyük səhv olardı. Kim nə qədər çalışsa da, o, böyük və irimiqyaslı bir fiqurdur.

Sobçak bildirib bunu.

O, müğənninin radikal nəşrlər və ya siyasi bəyanatlarla çıxış etmədiyini qeyd edib. Jurnalist əlavə edib ki, eyni zamanda, reyestrdə yer alan digər şəxslər də “ən azı bəzi” siyasi bəyanatlar veriblər.

Atırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Sergey Solovyov Puqaçovanın xarici agentlərin reyestrinə daxil ediləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Baş Prokurorluq sənətçinin xarici agent kimi tanınması ilə bağlı prosedura başlayıb.

...Bundan əvvəl sənətçinin yubileyi üçün müvafiq reyestrə daxil edilə biləcəyi məlum oldu. Baş Prokurorluğun Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu təqdim etməsindən sonra idarə Puqaçovanın maliyyə mənbələrini, habelə onun ifadələrini yoxlamağa başlayıb.

Nazlı