...Prodüser Cozef Priqojin “Kiminsə nəyisə sındırmasının” qarşısını almaq üçün “Crocus City Hall”-u bərpa etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, RT-yə müsahibəsində müvafiq açıqlama verib.
Priqojin bərpa edilmiş “Crocus City Hall”-da xatirə lövhəsinin yaradılmasının təklif edib ki, insanlar istədikləri vaxt oraya gül qoya bilsinlər.
...Həyat davam edir. Biz heç kimin nəyisə pozmasına icazə verməməliyik. Əgər kifayət qədər güc, resurslar, imkanlar varsa, onu bərpa etməliyik.
Bundan əvvəl “Crocus City Hall”-un sahibinin oğlu Emin Ağalarov bildirib ki, tikilinin bərpası ilə bağlı qərar müstəqil qəbul edilə bilməz, çünki bu məsələdə Rusiya xalqının və hakimiyyətinin rəyi nəzərə alınmalıdır.
Nazlı