Siyam əkizlərindən biri ailə həyatı qurdu və olanlar oldu

29 Mart 2024 16:56 (UTC+04:00)

Siyam əkizləri Abbi və Britanidən sol tərəfdə olan Abbi evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub.

Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axını eynidir. Onların iki ürəyi və iki mədəsi var.