Sabah hava onlar üçün əlverişsiz olacaq

29 Mart 2024 16:55 (UTC+04:00)

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.