Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

29 Mart 2024 16:42 (UTC+04:00)

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb. SİA xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş zamanı istehsalat sahəsində dünyasını dəyişib. Hadisənin səbəbi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.