Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb

29 Mart 2024 16:07 (UTC+04:00)

Tovuzda bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Papaqçılar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Nemət Abbasov kənd ərazisindəki transformatora müdaxilə edən zaman cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.