Putin Rusiyanın mümkün süqutundan danışıb...

29 Mart 2024 12:09 (UTC+04:00)

...Terror aktı fonunda Rusiya cəmiyyətində ksenofobik hisslərin güclənməsini Putin Rusiyanın mümkün süqutu ilə bağlı narahatlıq və təşviş ifadə edib.

Onun fikrincə, ölkənin dağılması Z-patriotların (Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakını dəstəkləyənlər-A.B.) günahı ucbatından baş verə bilər: onun elektoratının əsasını məhz bu kateqoriyadan olan insanlar təşkil edir.

Yəqin ki, bu bəyanat ölkə daxilində etnik gərginliyi aktiv şəkildə qızışdıran Z-patriotların mövqeyi və bəyanatlarına cavab olaraq verilib.

Çünki... SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, Putin “Rusiya yalnız ruslar üçündür” ifadələrindən narazılığını və narahatlığını ifadə edib.

O qeyd edib ki, Rusiyada 190 etnik qrup və millət yaşayır və Z-patriotların mövqeyi ölkəni etnik zəmində parçalamaq mənbəyinə çevrilə bilər.

Bu arada Rusiya mediası qeyd edir ki, ölkə daxilində ksenofobiyanın alovlanması “Crocus City Hall”-da Tacikistan vətəndaşlarının ittiham olunduğu terror aktından sonra baş verib.

Rusiyada, doğrudanmı, təkcə tacik milliyyətindən olan 10 milyona yaxın vətəndaş yaşayır.

Deyim ki, ruslar belə göstərir.

Nazlı