Ucarda məktəb binası yanıb

29 Mart 2024 09:14 (UTC+04:00)

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.