Bakıda gənc oğlanı avtomobil vurub

29 Mart 2024 09:02 (UTC+04:00)

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Şafanov Kamal Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.